"Fulhem"in vingeri Adama Traore karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, "Valensiya" 28 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Yay transfer pəncərəsi zamanı tərəflər danışıqlar masasına əyləşəcəklər. "Fulhem"in start heyət oyunçusu olmamasından narazı qalan futbolçunun da bu təklifə isti yanaşdığı bildirilir.
Futbolçunun bazar dəyəri 9 milyon avro qiymətləndirilir. Onun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.
İspan futbolçu İngiltərə çempionatında bu mövsüm 11 matçında iştirak edib və bir qol vurub, iki məhsuldar ötürmə edib.
Mirağa