Trafford İngiltərə nəhəngindən getmək istəyir - Onu istəyən klubların adları bəllidir

Trafford İngiltərə nəhəngindən getmək istəyir - Onu istəyən klubların adları bəllidir

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford bu yay iş yerini dəyişmək niyyətindədir.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, Canluici Donnarummanın transferindən sonra əsas heyətdəki yerini itirən qolkiper müntəzəm oynaya biləcəyi kluba keçməkdə maraqlıdır.

Mənbə Traffordla bir neçə Premyer Liqa təmsilçisinin maraqlandığını, potensial variantlar arasında "Nyukasl" və "Aston Villa"nın da olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Ceyms Mançester təmsilçisinə ötən ilin iyulunda "Börnli"dən transfer olunub və "şəhərlilər"lə 5 illik müqavilə bağlayıb.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər