Toşakın komandası Lənkərana qayıtdı

Toşakın komandası Lənkərana qayıtdı

Premyer Liqanın VII turu çərçivəsində səfərdə AZAL üzərində 3:1 hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Fanat.az xəbər verir ki, “ağ-yaşıllar” bu gün Bakıda bərpa məşqi keçdikdən sonra cənuba doğru istiqamət alıb.

 

Axşama doğru Lənkərana çatan komanda istirahətə çəkilib. Növbəti məşq sabah saat 18:00-a nəzərdə tutulub.

Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti turda “İnter”i qəbul edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər