Con Toşakın istefası Türkiyə mətbuatının gündəminə düşüb. Fanat.az xəbər verir ki, Cihan Xəbər Agentliyi əvvəllər "Beşiktaş"ı çalışdırmış uelsli mütəxəssisin gedişi barədə geniş xəbər hazırlayıb.
Xəbərdə bildirilir ki, uğursuz nəticələrə imza atan Toşak "Bakı" ilə oyundan sonra istefa verib: "Komandanın başına böyük ümidlərlə gətirilən və istənilən nəticələri qazana bilməyən mütəxəssis istefa verməyə məcbur oldu. Bir vaxtlar "Beşiktaş"ı çalışdıran Toşakın istefası komandanın son matçında çempionatın iddialı komandalarından olan "Bakı"ya 0:3 hesabı ilə yenilməsindən sonra reallaşıb. Lənkəran klubunun rəsmilərinin verdiyi məlumata görə, baş məşqçi matçdan dərhal sonra istefa ərizəsini rəhbərliyə verib. Klub rəhbərliyi isə istefanı dərhal qəbul edib. Toşak "Xəzər Lənkəran"ı 31 oyunda meydana çıxarıb, 9 qələbə qazanıb, 10 heç-heçə edib və 12 dəfə məğlub olub. Bu müddətdə 24 qola imza atan lənkəranlılar rəqiblərin 42 qoluna əngəl ola bilməyib".
Xəbərdə həmçinin bildirilir ki, "Xəzər Lənkəran"ın baş məşqçi postuna Oğuz Çətinlə Mustafa Dənizli namizəddi.
Fanat.az