Torqan Hazar ağır zədə aldı - Belçikalı üçün il erkən bitdi

Torqan Hazar ağır zədə aldı - Belçikalı üçün il erkən bitdi

Belçika millisinin yarımmüdafiəçisi Torqan Hazar ağır zədə alıb.

Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 2024-cü ildə meydana çıxa bilməyəcək.

Ölkəsində “Anderlext” klubunun formasını geyinən Azarın “Union”la matçda (2:1) sağ dizinin ön çarpaz bağı qopub. Tibbi müayinənin ardından onun 2024-cü ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.

Qeyd edək ki, Hazar bu mövsüm 25 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin “Anderlext”lə müqavilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər