İspaniyanın "Real Sosyedad B" klubunun baş məşqçisi Xabi Alonso gələcək planlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis bu barədə "Mundo Deportivo" nəşrinə danışıb:
"Gələcəyimi hələ ki, hansısa tanınmış klubla bağlamaq istəməzdim. Top klubu çalışdırmaq ambisiyalarım var, amma tələsmirəm. Lazım deyil. Hansısa komandanın bütün məsuliyyətinin altına girmək böyük riskdir. Buna hazır olmaq lazımdır. İndi olduğum yerdə çox xoşbəxtəm. Hazırda mənim yalnız bir məqsədim var - klubumu Sequndada saxlamaq."
Xatırladaq ki, "Real Sosyedad B" klubu La Liqa 2-də çıxış edir. Komanda hazırda 16 turdan sonra 17 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Emin