Toni Kross rəsmən "Bavariya"da: 25 milyon avro

Toni Kross rəsmən "Bavariya"da: 25 milyon avro

"Real" Toni Krossu heyətinə qatıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Real" bu transfer üçün "Bavariya"ya 25 milyon avro ödəyib. Almaniya klubunda ildə 3,7 milyon avro maaş alan Toni İspaniyada ilinə 6 milyon avro qazanacaq. Onunla 6 illik müqavilə imzalanıb. Dünya çempionatından sonra Malyorkada istirahət edən alman ulduz bu gün Bakı vaxtı ilə saat 20.00-da ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi "Bavariya"nın yetirməsidi. 2007-ci ildən əsas komandada çıxış edən Kross Almaniya çempionluğunu (3 dəfə), ölkə kubokunu (3), Liqa Kubokunu (1), ölkə Superkubokunu (2), Çempionlar Liqasını (1), Avropa Superkubokunu (1) və klublararası dünya çempionluğunu (1) qazanıb. 2010-cu ildə Almaniya yığması ilə dünya çempionatının bürünc medalını qazanan Toni bu il DÇ-də çempion olub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər