Bu yay "Bayern Münhen"dən ayrılan almaniyalı hücumçu Tomas Müllerin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçu Kanadanın MLS liqasında mübarizə aparan “Vankuver Uaytkeps” klubu ilə müqavilə bağlayıb.
Məlumatı MLS-in mətbuat xidməti yayıb.
Anlaşmanın müddəti bu ilin sonuna qədər nəzərdə tutulub. Təcrübəli oyunçu qışda sözləşməsini yeniləyərək sözügedən komandada daha bir mövsüm keçirə bilər.
"Vankuver Uaytkeps" 24 oyuna 45 xal toplayan "Vankuver Uaytkeps" MLS-in turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat