Tokio-2020: Türkiyənin rəqibləri müəyyənləşdi

Tokio-2020: Türkiyənin rəqibləri müəyyənləşdi
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarının voleybol turnirlərinin qrupları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qrupların tərkibi FİVB reytinqinə əsasən müəyyənləşib.
Kişilərin yarışının A qrupunda Yaponiya, Polşa, İtaliya, Kanada, İran və Venesuela yığmaları yer alıb. B qrupunda isə Braziliya, ABŞ, Rusiya, Argentina, Fransa və Tunis yarışacaq.
Qadınların yarışında Yaponiya, Serbiya, Braziliya, Cənubi Koreya, Dominikan Respublikası və Keniya A qrupuna düşüb. B qrupunda isə Çin, ABŞ, Rusiya, İtaliya, Argentina və Türkiyə mübarizə aparacaq. 
Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finalda mübarizəni davam etdirəcək.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər