Tokio 2020: Ölkə tarixinin ilk Olimpiya medalı

Tokio 2020: Ölkə tarixinin ilk Olimpiya medalı
Türkmənistan müstəqil ölkə kimi ilk Olimpiya medalını qazanıb.
Fanat.Az xəbər verir ki, bu uğura ağırlıqqaldırma üzrə qadınların 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Polina Quryeva imza atıb.
Birdənqaldırmada 96 kiloqramı ram edən 22 yaşlı atlet, təkanla qaldırmanı 121 kq göstərici ilə yekunlaşdırıb. İki hərəkətin cəmində 217 kiloqram nəticə ilə o, yarışların gümüş mükafatına sahib olub.
Qeyd edək ki, Türkmənistan Tokio 2020 Yay Olimpiya Oyunlarında 9 idmançı ilə təmsil olunur.
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər