Tokio 2020: Braziliya millisi çempion oldu - YENİLƏNDİ

Tokio 2020: Braziliya millisi çempion oldu - YENİLƏNDİ
Tokio 2020-də futbol turnirində bu gün final görüşü keçirilir. 
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada Braziliya ilə İspaniya seçmələri üz-üzə gəlib.
 
Bakı vaxtı ilə saat 15:30-da başlayacaq matç Tokionun "Nissan Steydium"da keçirilib.
 
Oyunun birinci hissəsinin sonlarında Matyo Kunya "sambaçılar"ı irəli çıxarıb. İkinci Hissənin 61-ci dəqiqəsində Karlos Solerin (Carlos Soler) ötürməsindən sonra Oyarzabal hesabı bərabərləşdirib. 
 
Oyunun əsas vaxtı heç-heçə nəticələnib və uzatma dəqiqələrinə ehtiyac duyulub.
Əlavə olunan vaxtın 108-ci dəqiqəsində Malkom fərqlənib. 
Oyunun hesabı 2:1 Braziliya millisinin xeyrinə başa çatıb. 
 
Tokio 2020-də keçirilən futbol turnirinin qalibi Braziliya yığmasıdır.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər