Tokio 2020: Cüdoda rüsvayçılıq davam edir

Tokio 2020: Cüdoda rüsvayçılıq davam edir
Tokio 2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında bu gün Azərbaycanın daha bir təmsilçisi mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində Zelim Kotsoyev ilk görüşünü 1/16 final çərçivəsində fransalı Aleksandr İddirə qarşı keçirib. 
Üçqat Avropa mükafatçımız əsas vaxtda "vaza-arı" xalı ilə  rəqibindən üstün olub. 
Lakin 22 yaşlı cüdoçumuz uğurun ardını gətirə bilməyib. 1/8 finalda kanadalı Şadi Elnahasa "ippon"la uduzan Zelim, Olimpiya Oyunları ilə vidalaşıb.
Qeyd edək ki, bununla da Azərbaycanın Tokio 2020-də çıxışını medalsız başa vuran cüdoçularının sayı 7-yə çatıb. Sabah son iki cüdoçumuz - Uşanqi Kokauri(+100 kq) və qadın təmsilçimiz İrina Kindzerska(+78) mübarizə aparacaq.
 
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər