Tokio 2020: Azərbaycan 77-ci yerdə, Çinin liderliyi davam edir

Tokio 2020: Azərbaycan 77-ci yerdə, Çinin liderliyi davam edir
Tokio 2020 Yay Olimpiya Oyunları davam edir. Fanat.Az xəbər verir ki, bu gün daha 27 dəst medalın sahibi müəyyənləşib. Hesabında 3 "bürünc" olan Azərbaycan komandası Misir və Meksika ilə birlikdə 77-ci yeri bölüşür. İlk sırada Çin qərarlaşıb - 34 qızıl, 24 gümüş, 16 bürünc medal. ABŞ 29 qızıl, 35 gümüş, 27 bürünc mükafatla 2-cidir. Boğçasında 22 "qızıl", 10 "gümüş", 14 "bürünc" olan Yaponiya "üçlüy"ü qapayır. Avstraliya 4-cü(17 "qızıl" 5 "gümüş", 19 "bürünc"), Rusiya Olimpiya Komitəsi (ROK) 5-cidir (16 "qızıl", 22 "gümüş", 20 "bürünc"). Türkiyə 1 qızıl, 1 gümüş, 5 bürünc "qənimət" hesabına Avstriya ilə 43-cü yeri bölüşür. Ümumilikdə 269 dəst medal üzrə mübarizə başa çatıb. Geridə qalan müddətdə 88 ölkə fərqlənib. Onlardan 63-nün aktivində baş mükafat var. Qeyd edək ki, Tokio 2020-yə avqustun 8-də yekun vurulacaq.
Sahib Əsədbəyli
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər