Tokio-2020: Azərbaycan 32-ci lisenziyanı qazandı

Tokio-2020: Azərbaycan 32-ci lisenziyanı qazandı
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.
Milli Paralimpiya Komitəsindən Fanat.Az-a verilən məlumata görə, pauerliftinqçi Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək nüfuzlu yarışa lisenziya qazanıb.
Qeyd edək ki, bu, Azərbaycan paralimpiyaçılarının Tokio olimpiadasına ümumilikdə 32-ci lisenziyası olub. 
 
Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
İyulun 30-da milli Paralimpiya komandamızın lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcək.
Qeyd edək ki, Azərbaycan milli komandası "Rio-2016” XV Yay Paralimpiya Oyunlarına 22 lisenziya qazanmışdı.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər