"Tofiq Bəhramov"da bilet alverçiləri yenə iş başındadır - FOTO

"Tofiq Bəhramov"da bilet alverçiləri yenə iş başındadır - FOTO

Bu həftə "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Braqa" ilə cavab oyuna çıxacaq. Matça maraq həddindən artıq böyükdür. Oyuna hələ 3 gün qalsa da, demək olar satışda artıq bilet qalmayıb. Yalnız baha biletlərdən bir qədər qalır ki, o da hər kəsin cibinə görə deyil. Təbii ki, belədə "qara bazar"a üz tutanlar az deyil. Tələbatın böyük olması bilet dəllalarının da işinə yarayır. 

Bu baxımdan vəziyyətlə maraqlanmaq üçün Fanat.Az-ın əməkdaşı bu gün Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına üz tutub. "Gənclik" metrosunun ətrafında və stadiona yaxın ərazidə ayrı-ayrı şəxslərin bilet satışı ilə məşğul olduğunu müşahidə edib. Bir neçə azarkeş onlardan bilet alıb. 

Əlavə olaraq, kassada yalnız 50 manatdan yuxarı qiymətə biletlərin qaldığını öyrənib. Başqa sözlə, 5, 20, 30 manatlıq biletlər tükənib.

"Qara bazar"ın fəaliyyətinin sübutu olaraq çəkdiyimiz fotonu təqdim edirik. Qeyd edək ki, lazım gələrsə, dəllaların görüntülərini hüquq-mühafizə orqanlarına təqdim edə bilərik. 

"Tofiq Bəhramov"da bilet alverçiləri yenə iş başındadır - FOTO

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər