Növbəti transfer pəncərəsində "Xəzər Lənkəran"dan ayrılacaq bir futbolçunun adı dəqiqləşib. Fanat.az sportal.az saytına istinadən xəbər verir ki, Con Toşak Rodomir Todorovu yanvarda komandadan göndərəcək. Son zamanlar futbolçunun "18-liy"ə düşməməsi buna sübutdu.
Qeyd edək ki, Todorov indiyədək "Xəzər Lənkəran"da 112 oyun keçirib və 1 qol vurub. 33 yaşlı bolqar yarımmüdafiəçi 2010/11 mövsümündə "Bakı"nın formasını geyinib.
Fanat.az