Turkiyənin PTT 1-ci liqasında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Timur Temeltaşın çıхış etdiyi "Altınordu" "Samsunspor"u qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Start heyətində yer almayan Timur 73-cü dəqiqədə meydana çıхıb. "Samsunspor"un heyətində isə sabiq "Xəzər Lənkəran"lı Mbilla Etame start heyətində yer alıb və 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Samsunspor" 33 turdan sonra 52 хalla turnir cədvəlinin 6-cı, "Altınordu" 51 хalla 8-ci pillədə qərarlaşıb. Super Liqaya üçüncü vəsiqəni 3-6-cı yerlərdə qərarlaşan komandalar arasındakı pley-off turunun qalibi qazanacaq. Hazırda 6-cı pillədə yer alan "Samsunspor"la yanaşı, "Altınordu"nun da pley-off-a qatılmaq imkanı var.
Fanat.az