Tibo Kurtua başladı

Tibo Kurtua başladı

"Real Madrid"in qapıçısı Tibo Kurtua komanda ilə məşqlərə başlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Rodra" yayıb. 

Xəbərə görə, belçikalı qolkiper kollektiv çalışmalara qatılsa da, "Kral klubu"nun martdakı oyunlarında meydana çıxmayacaq.

Qeyd edək ki, Tibo mövsüm ərəfəsində xaçvari diz bağlarından ağır zədə alıb və 2023/2024 "futbol ili"ndə "Real"a 1 matçda belə, kömək etməyib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər