PSJ-nin kapitanı Tiaqu Silva mövsümün sonunda komandanı tərk edəcək.
Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, idman direktoru Leonardo Silvanın müqaviləsinin uzadılmayacağını onun və yaxınlarının nəzərinə çatdırıb.
35 yaşlı futbolçunun sözləşməsi 30 iyunda başa çatır. Silva 2012-ci ildən PSJ-də çıxış edir.
Fanat.Az