Tiaqo Alkantara "Bavariya"da

Tiaqo Alkantara "Bavariya"da

"Barselona"nın oyunçusu  Tiaqo Alkantara yeni mövsümdən Almaniya Bundesliqasında forma geyəcək.

Qol.Az-ın xəbərinə  görə, ispan yarımmüdafiəçi "Bavariya"ya transfer olunub. Klubun rəsmi saytından verilən açıqlamada Alkantara ilə dörd illik müqavilə imzalandığı bildirilib.  Bu transfer üçün Münhen təmsilçisi Kataloniya klubuna 25 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Alkantara keçmiş baş məşqçisi Qvardiolanın istəyi ilə "Bavariya"ya transfer olunub.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər