"The Best": Millimizin baş məşqçisindən maksimum göstərici

"The Best": Millimizin baş məşqçisindən maksimum göstərici
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda yanılmayıb.
İtaliyalı mütəxəssis hər 3 nominasiya üzrə düzgün seçim edib.
Belə ki, o, ən yaxşı qapıçı kimi "Bavariya"dan Manuel Noyerə, baş məqçi kimi "Liverpul"dan Yurgen Kloppa, futbolçu kimi isə yenə də Münhen təmsilçisindən Robert Levandovskiyə səs verib. Hər 3 şəxs müvafiq nominasiyalar üzrə qalib olub.
Yığmanın kapitanı Maksim Medvedev də Kloppla Levandovskini "The Best" mükafatına layiq görüb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər