FİFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin son siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, kişilər arasında bu ada PSJ-dən Lionel Messi, "Bayern Münhen"dən Robert Levandovski və "Liverpul"dan Məhəmməd Salah iddia edir. Digər İngiltərə təmsilçisi "Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu yekun siyahıdan kənarda qalıb.
Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə bunlardır: 1. Cennifer Ermoso (İspaniya / "Barselona"), 2. Samanta Kerr (Avstraliya / "Çelsi"), 3. Aleksiya Putelyas (İspaniya / "Barselona").
Qeyd edək ki, "The Best" mükafatı yanvarın 17-də təqdim ediləcək.