Təslim olmayan Poqba üz tutduğu məhkəmədən yalnız bu güzəşti umur

Təslim olmayan Poqba üz tutduğu məhkəmədən yalnız bu güzəşti umur

"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba İdman Arbitraj Məhkəməsinə şikayət verib.

Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 

Xəbərə görə, futbolçunun vəkilləri antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən Poqba ilə bağlı qərara yenidən baxılmasını istəyir. 

Məlum olduğu kimi, Paul dörd il müddətinə futboldan uzaqlaşdırılıb. Onunla bağlı bu il fevralın 29-da qərar çıxarılıb. 2023-cü ilin oktyabrında fransızdan götürülmüş nümunədə testosteron səviyyələrinin çox yüksək olduğu aşkar edilib. 31 yaşlı futbolçunun vəkilləri isə onun mümkün cəzasının 4 ildən 2-yə endirilməsini tələb etsələr də, aşağı instansiyada buna nail ola bilməyiblər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər