Tərlan Əhmədovla Vəli Qasımovu təhqir etdilər

Tərlan Əhmədovla Vəli Qasımovu təhqir etdilər

Antalyaya getməyən klublar arasında mini-turnirin keçirilməsi gündəmdədi.

"CBC Sport kuboku" adlanacaq yarış yanvarın 14-də başlayacaq. Yanvarın 11-də "CBC Sport"un studiyasında yarışın formatı müzakirə olunub. Ancaq müzakirəyə qatılan baş məşqçilər və klub rəsmiləri Olimpiya stadionunda təhqir olunublar.

Stadionun mühafizəçiləri bir neçə tanınmış mütəxəssisi uzun müddət içəri buraxmayaraq, onlarla "məzələnib". Bu barədə məlumatı "Futbol+" qəzeti yayıb. Qəzetin verdiyi məlumata görə, mühafizəçilər "Rəvan" rəsmisi Ramil Əliyevə, AZAL-ın baş məşqçisi Tərlan Əhmədova və "Neftçi"nin idman direktoru Vəli Qasımova "ilişiblər".

Onlar bu şəxsləri uzun müddət gözləməyə məcbur edərək, "zəng gəlməsə, sizi işəri buraxa bilmərik" deyiblər. Belə münasibət Tərlan Əhmədovu da, Vəli Qasımovu da özündən çıxarıb. Azərbaycan futbolunun veteranları kiminsə mühafizəçilərə zəng etməsindən sonra içəri daxil ola bilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər