"Mən istefaya gedənə qədər “Neftçi” çempionatda lider idi. Amma hiss edirdim ki, hansısa bir məğlubiyyət gözlənilir ki, mənim yerimə kimsə gətirilsin". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"dən istefa verən Tərlan Əhmədov deyib.
"İnterAz" televiziyasında yayımlanan "Arena" verilişində qonaq olan Əhmədov Böyükağa Hacıyevin onu komandadan uzaqlaşdırmağa çalışdıqlarını bildirib: "Superkubok oyununda məğlubiyyət bizim göndərilməyimiz üçün bəhanə oldu. Böyükağa Hacıyev məni dəfələrlə komandadan uzaqlaşdırmağa cəhd edib, amma Sadıq Sadıqov qoymayıb".
Əhmədov “Neftçi”nin baş məşqçi postunu tərk etdikdən sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri təyin olunan Hacıyevin onun işinə müdaxilə etdiyini deyib.
Fanat.az