Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL - "Neftçi" görüşündən sonra tək qolla məğlub olan meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, mütəxəssis yetirmələrindən razı qaldığını bildirib.
“Açığı, komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeriy Kutsenkonun yoxluğu hiss olundu. Orta sahədə müəyyən boşluqlar vardı. Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdı”.
Fanat.az