Tərlan Əhmədov "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi yetirmələrinə təşəkkür edib:
“Bilirdik ki, ağır oyun olacaq. Rəqib həm Premyer Liqada, həm də kubokda mübarizə aparır. Oyunumuzu dəyişən, lider futbolçumuz yoxdu. Gənc oyunçularımız azdı, Cavid Tağıyevin də oynamaması bizə müəyyən problemlər yaratdı. Komandanın qarşısına uduzmamaq tapşırığı qoyulmuşdu. Son 20 dəqiqədə üstünlüyü rəqibə verdik. Komanda meydanda mübarizə apardı, futbolçular bir-birinə kömək elədilər, buna görə təşəkkürümü bildirirəm. Çox ağır yükün altına girmişik, bizim üçün mübarizə indi başlayır. Öz imicimiz üçün oynamalıyıq. Heyətlə bağlı çatışmazlıqlarımız var. Qol imkanlarından soyuqqanlıqla istifadə edə bilmirik. Bunların üzərində işləyirik, çalışacağıq ki, qalan 6 turda qələbə qazanaq. Rəqibin oyununu və heyətini təhlil etmişdik. İbekoyinin sürətini və rəqibin müdafiədəki boşluqlarını nəzərə alıb onu hücumda oynatdıq”.
Fanat.az