Tərlan Əhmədov rəsmən AZAL-da - FOTO

Tərlan Əhmədov rəsmən AZAL-da - FOTO
Tərlan Əhmədov rəsmən AZAL-ın baş məşqçisi olub. Fanat.az xəbər verir ki, klub rəhbərliyinin qərarı ilə iki gün əvvəl istefa verən Vaqif Sadıqovun yerinə gələn 42 yaşlı mütəxəssislə müqavilə imzalanıb.
Yeni baş məşqçi artıq futbolçu heyətinə təqdim olunub. Anlaşmanın müddəti 2,5 ildi. Əhmədov sabahdan etibarən komandanı məşqlərə çıxarılacaq. 
Qeyd edək ki, Tərlan Əhmədov futbolçu karyerası ərzində bir çox klubda - "Termist" (Bakı), "Neftçi", "Turan", "Terek" (Rusiya), "Qarabağ", "Anji" (Rusiya), "Şəfa", "Fakel" (Rusiya), "İstiqlal" (İran), "Voln" (Ukrayna), "Karvan" və "Olimpik-Şüvəlan"ın (indiki AZAL) formasını geyinib. O, 1992-2005-ci illərdə milli komandamızda 73 oyun keçirib. 
Məşqçiliyə "Xəzər Lənkəran"da başlayan 42 yaşlı veteran futbolçu 2009-2010-cu illərdə bu komandada köməkçi işləyib. Əhmədov 2011-2013-cü illərdə "Neftçi"də fəaliyyət göstərib. Ötən yay Böyükağa Hacıyevin istefasından sonra komandanın başına keçib və Superkubokun finalında "Xəzər Lənkəran"a məğlubiyyətədən baş məşqçi postunu tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər