Tərlan Əhmədov: "Rəqibi özündən çıxarmağa çalışdıq"

Tərlan Əhmədov: "Rəqibi özündən çıxarmağa çalışdıq"
"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
"Buraya qələbə üçün gəlmişdik. Amma belə hesabla qalib gələcəyimizi gözləmirdik. İlk 25 dəqiqədə komandam öz oyununu tapa bilmədi. Bunun da səbəbi "Qəbələ”nin inamlı oyunu idi. Rəqib ardıcıl iki məğlubiyyətdən sonra bu görüşdən qalib ayrılmaq istəyirdi. Biz isə rəqibi özündən çıxarmağa, boşluqlar tapmağa çalışırdıq. Uşaqları məhsuldar qələbə münasibətilə təbrik edirəm. Bu, hələ işimizin başlanğıcıdı. Amma eyforiyaya qapılmamalıyıq. Qarşıdakı fasilədən səmərəli yararlanmalıyıq. Zədəlilərimiz, cəzalılarımız var, onların sıraya dönməsinə ehtiyacımız var”. (Matc.az)
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər