Tərlan Əhmədov: "Özümü bağışlaya bilmirəm"

Tərlan Əhmədov: "Özümü bağışlaya bilmirəm"
Tərlan Əhmədov "Bakı" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi futbolçuları və özünü qınayıb:
“Oyunun ağır keçəcəyini futbolçulara çoxdan demişdim. Özüm bunu hiss edirdim. Bəzi komandalara qarşı futbolçular özlərini hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim. Bunun da acısını yaşadım. Mən özümü bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər