Tərlan Əhmədov "Simurq"la oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi yetirmələrindən razı qalıb:
"Açığı, oyunun ağır keçəcəyini bilirdik. “Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Buna baxmayaraq, fərdi söhbətlər etdik. Oyunda çevriliş edə bildik. Son dəqiqələrdə qol buraxmaq isə üzücüdü, xoşagəlməzdi. Futbolda belə hallar olur. Gələcəyə ümidlə baxmaq lazımdı. Qarşıda çox oyunlar var. Düzdü, bu gün qalib gələ bilmədik. Amma sevindirici haldı ki, komandam tələb olunan futbolu sərgiləyir. Mən futbolçularımı ona görə alqışlayıram ki, 0:1 hesabı ilə məğlub durumda olduğumuz halda 2 qol vurdular. Bizi qarşıda “Neftçi”ylə çətin oyun gözləyir. Həmin qarşılaşmaya hazırlaşmalıyıq”.
Fanat.az