Tərlan Əhmədov: "Samir Abbasova məsləhətim odu..."

Tərlan Əhmədov: "Samir Abbasova məsləhətim odu..."
Tərlan Əhmədov "Sumqayıt"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi bunları deyib: 
"Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. “İnter”ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız. Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu  səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var. 
Həmişə demişəm ki, futbol aqressiv oyundu. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət eləməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. “Sumqayıt”ın baş məşqçisi Samir Abbasova da məsləhətim odu ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər