Tərlan Əhmədov "Bakı" ilə oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi ilk hissədə yaxşı oynaya bilmədiklərini deyib:
"Açığı, ilk dəfə idi ki, oyuna görə bu qədər narahat idim. Çünki bu tip oyunlara komandanı kökləmək çox çətin olur. İlk hissədə yaxşı oynaya bilmədik. İkinci hissədə isə toparlanıb, qələbə qazandıq. “Bakı” ilə oyunu unudub, “Neftçi” ilə kubokun cavab oyununa hazırlaşmalıyıq. Rəşad Abdullayev oyunda qırmızı vərəqə aldı. Hər halda, yan xətt hakimi bunu dəqiq gördü. Rəşad bu hərəkəti etməməli idi. Əgər Rəşad qırmızı vərəqə aldısa, burada hakimin günahı yoxdu, futbolçunun günahı var”.
Fanat.az