AZAL-ıe yeni baş məşqçisi Tərlan Əhmədovün müsahibəsi
- Mənə zəng gəldi ki. Dünən klubun vitse-prezidenti Fikrət Hüseeynov belə bir istəklə çıxış etdi. Bilirsiniz ki, 5-6 il bundan qabaq mən bu komandada 3 ilə yaxın oynamışam. Komanda Fikrət müəllimlə birgə uğur qazanmışdıq. Avropa Liqasına vəsiqə qazanmışdıq. O dövrdən öz komandam, istədiyim komandalardan biridi. Təklif gəldi və fikirləşdim ki, təklifi dəyərləndirmək, burada işləmək daha məqsədəuyğundu. Tanıdığım insanlardı. Neçə illərdi Fikrət müəllimi tanıyıram, onunla cavanlıqda bir yerdə futbol oyanmışıq. Rəhbərliyi yaxşı tanıyıram, münasibətlərimiz yaxşıdı.
- Müqavilə iki il yarımlıqdı. Bu yarım il futbolçuları tanımağa, qalan iki il nəticə üçün nəzərdə tutulub?
- Qarşıda hələ 2-3 ay var. Hər halda qarşıdakı oyunları düşünürük. Çalışdığımız qədər qələbə qazanaq ki, komandanın yaxşı nəaliyyətləri olsun. Komandada inam, istək özünə qayıtsın. Komanda birinci dövrədə tamamilə başqa futbol oynayıb, liderləri məğlub edib. İkinci dövrədə isə komanda geri gedib. Əsas özlərinə inamı, komandaya, rəhbərliyə inamı qaytarmaq lazımdı. O ki, qaldı sonrakı iki ilə, inşallah çempionat bitdikdən sonra rəhbərliklə oturub danışacağıq. Nəyi necə həyata keçirəcəyik. May ayından sonra bunları biləcəyik.
- Təyinatdan sonra Vaqif Sadıqovla danışığınız olub?
- Hələki, heç kimlə danışmamışam. İlk olaraq sizinlə danışıram. İnşallah Vaqif müəllimə də zəng edib, halallığımızı alarıq.
- Heyətdə fərqləndirə biləcəyiniz kimlərsə var?
- Yox, mən burda kimisə fərqləndirmək istəmirəm. Futbol fərdi oyun deyil, kollektiv oyunudur. Mən düşünürəm ki, son oyunlar da göstərir ki, komandada oynamaq potensialı böyük deyil. Nəsə çatışmır. Qələbə ruhunu inşallah qaytaracağıq.
- Cari mövsümdə çempionat oyunlarını izləmisiniz, hər halda kimin necə olduğunu bilirsiniz.
- İnşallah, birinci növbədə Allah kömək olsun. Əsas odu ki, həm komanda şəklində, həm də fərdi şəkildə danışıb, özlərinə inamı qaytarmaqdır. Sonra hamısı planlı şəkildə həyata keçəcək.
futbol11.az