Tərlan Əhmədov: "Nicat olsaydı..."

Tərlan Əhmədov: "Nicat olsaydı..."

Tərlan Əhmədov "Sumqayıt"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi 3 xal qazanmalı olduqları oyundan 1 xalla ayrıldıqlarını deyib:

“Sumqayıta 3 xal üçün gəlmişdik. Amma 1 xal qazandıq. Bundan öncəki 3 oyunda yaxşı mübarizə aparmışdıq. Bu gün qalib gəlməli olduğumuz oyunda 1 xalla kifayətləndik. Etiraf edim ki, mübariz komandaya qarşı oynadıq. “Sumqayıt”la qış fasiləsi zamanı yoldaşlıq görüşləri keçirmişdik. Bu mənada oyunçularım bir az arxayın idilər. Matç başa çatdıqdan sonra futbolçularla söhbət etdim. Dedim ki, bu matçı unudub, “İnter”lə oyuna hazırlaşmalıyıq. Edu zədəlidi, Nicat Qurbanov da sıradan çıxdı. Əgər Nicat olsaydı, meydançaya başqa heyət buraxacaqdım”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər