Tərlan Əhmədov: "Nəticəni ədalətli sayıram"

Tərlan Əhmədov: "Nəticəni ədalətli sayıram"
Tərlan Əhmədov "Xəzər Lənkəran"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi nəticənin ədalətli olduğunu deyib:
“Oyun mübarizə şəraitində keçdi. İlk hissədə sönük oyun oldu. Təbii ot örtüyündə oynamaq bizim üçün çətindi. İkinci hissədə daha çox mübarizə oldu, hər iki komanda qalib gələ bilərdi. Qarşımızda duran məqsəd yaxşı oyun göstərmək və qalib gəlmək idi. “Xəzər Lənkəran” kimi iddialı klubla oyunda səfərdə 1 xal qazanmaq da pis deyil. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Topa daha çox nəzarət etməyə çalışırdıq. Heç-heçəni oyuna görə ədalətli nəticə hesab edirəm. Əsas heyətin 5 futbolçusu bu gün yox idi. Digər futbolçular onları layiqincə əvəzlədi”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər