Tərlan Əhmədov: "Neçə aydı ki, maaş verə bilmirik"

Tərlan Əhmədov: "Neçə aydı ki, maaş verə bilmirik"
Tərlan Əhmədov "Rəvan"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi oyunla bağlı fikirlərini bildirib: 
"Oyunun ağır olacağını bilirdim. Biz son pillədə, rəqib bizdən 1 pillə öndə qərarlaşmışdı. Hazırda "Rəvan"da çıxış edən iki oyunçu hazırlığı bizimlə birgə keçmişdi. Heyətimizdə problemlər olsa da, bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Qələbədən sonra hər oyuna motivasiya yüksək olur. Hakim hər epizoda görə sarı vərəqə verdi. Bizim maddi durumumuz yaxşı deyil. Sarı vərəqələrə görə isə cərimələnəcəyik. Çox istərdik ki, adi epizodlarda sarı vərəqə verilməsin. Bu durum həm bizə, həm də oyunçulara problem yaradır. Neçə aydı ki, maaş verə bilmirik. 7 aydı ki, analoji problem mövcuddu".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər