Tərlan Əhmədov: "Meydana kiminlə çıxacağımı bilmirəm"

Tərlan Əhmədov: "Meydana kiminlə çıxacağımı bilmirəm"
Tərlan Əhmədov "Neftçi" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi hakimlikdən razı qalıb:
"4 heç-heçədən sonra qələbə qazanmaq istəyirdik. İddiamız yoxdu, öz imicimiz üçün oynayırıq. Qələbə qazanmaq istəyirdik, ilk hissədə çox istəkli oynadıq. Hakimlik barəsində heç nə deməyəcəm. Hər iki qırmızı dəqiq idi. Mən də qırmızı almışam, amma baxır nəyə görə. Murad Ağayev rəqib cərimə meydançasında, qapımıza təhlükə olmayan zamanda qayda pozuntusuna yol verdi. Qol vura bilmirik, bu, məni düşündürür. Komandada üç gənc futbolçudan biri mövsümü bitirib, ikisi isə cəzalı duruma düşdü. Gələn turda kimlə meydana çıxacağımı bilmirəm. Əvəzedici heyətdə istədiyim səviyyədə futbolçu yoxdu. Hərdən yerli futbolçuları çox qınayırıq, amma bu il gələn legionerlərin də səviyyəsi yüksək deyil. Yaradılan epizodlardan heç olmazsa birini vurmaq lazımdır. “Neftçi” bu gün yüksək səviyyədə oynadı. Bundan əvvəlki oyunlarda da bu cür oynasaydı çempionatda xal itkisinə yol verməzdi”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər