Topaz Premyer Liqasının ilk turunda AZAL doğma meydanda “Xəzər Lənkəran”la qarşılaşıb. İkinci hissədə rəqibi qarşısında azlıqda qalan “təyyarəçilər” Tomi Kostadinovun qolu ilə 1 oyunu xilas edə bilib - 1:1.
Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bildirib: "İlk oyunda komandada həyəcan hiss olunurdu. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq. Komandada yeni futbolçu çoxdur, uyğunlaşma dövrü keçirlər. Tomi Kostadinovun viza problemi olduğundan yalnız son 3 gündə bizə qoşula bilib. Çatışmazlıqlarımız çoxdu, əsasən hücum xəttini gücləndirməliyik. Rəqib ön xətdə top saxlaya bilməməyimizdən istifadə etdi, üstünlüyə yiyələndi. Marafon uzundu, yolumuz ağırdı. Növbəti oyunlara baxmalıyıq. Bu günlərdə düşərgəmizə iki hücumçu gəlməlidi. “Xəzər Lənkəran”ın son oyunlarına baxmışdıq. O oyunlardan indiyə rəqib çox artırıb. Hücum xəttində ən təhlükəli futbolçusu Rauf Əlyevdir. Əksər təhlükəli epizodları standart vəziyyətlərdən yaradırlar. Müqayisə etsək, bu “Xəzər Lənkəran” ötən mövsümdəkindən daha güclüdü".
Fanat.az