Tərlan Əhmədov: "Komandamı tanıya bilmədim"

Tərlan Əhmədov: "Komandamı tanıya bilmədim"

Tərlan Əhmədov "Neftçi" ilə oyunla (0:4) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi görüləsi işlərin çox olduğunu deyib: 

"Belə oyunlardan sonra danışmaq çətindi. Futbolçulardan belə sönük oyun gözləmirdim. Ola bilər ki, ot örütüyü, oyunlar arasında fasilənin az olması nəticəyə təsir etsin. Bu gün komandamı tanıya bilmədim. Komandam bu gün heç nə edə bilmədi. Bəlkə də futbolçular “Simurq”la oyunun son dəqiqələrində buraxılan qolun şokundan hələ ayılmayıblar. Bu oyun göstərdi ki, görüləsi işlər çoxdu. Bir komanda 3 ay ərzində formalaşmır. Yaxşı ki, fasilə var. Həmin fasilədən maksimum istifadə etməliyik. Məğlubiyyət üzücüdü. Bunun səbəblərini araşdıracağıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər