Tərlan Əhmədov "Simurq"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi komandanın yavaş-yavaş özünə gəldiyini deyib:
"Simurq" çox yüksək səviyyəli komandadı, zəif cəhətləri olmayan rəqibdi. Bura qələbə üçün gəlmişdik. Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermədi. Çempionatda elə bir iddiamız qalmayıb, komanda yavaş-yavaş özünə gəlir, hələ də çatışmazlıqlarımız var. Həm qol vura bilmirik, həm də oyunçu baxımdan sıxıntımız var. 4 futbolçumuz zədə səbəbindən artıq mövsümü bitirib. Komanda getdikcə öz oyununu tapır, xallar qazanır. Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq. Artıq bu oyunu unutmuşuq, növbəti turda bizi “Neftçi” ilə oyun gözləyir”.
Fanat.az