Tərlan Əhmədov: "Hakimi söyən oyunçu cəzalandırılmalıdı"

Tərlan Əhmədov: "Hakimi söyən oyunçu cəzalandırılmalıdı"

Tərlan Əhmədov "Neftçi" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi hakimlikdən narazılığını dilə gətirib: 

"İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək. İlk hissədə oyunçularımda həyəcan vardı. Fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər. Cinahlardan oyun qurmağa çalışdıq. Amma Viktor İbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir oyunçu oyunçunu söyüb 3 oyun cəza alırsa, hakimi söyən oyunçu da cəzalandırılmalıdı. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər