Tərlan Əhmədov: "Getsəydim, büdcəni eşidəndə gedərdim"

Tərlan Əhmədov: "Getsəydim, büdcəni eşidəndə gedərdim"

Tərlan Əhmədov "İnter"lə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ln baş məşqçisi bunları deyib: 

"Ardıcıl 4 məğlubiyyətdən sonra “İnter”ə qarşı matçda qalib gəlmək, xal qazanmaq istəyirdik. Təəsüflər olsun ki, komandam birinci hissədə zəif çıxış etdi. İkinci hissədə təzyiqi artırıb, qol epizodları yaratdıq. Amma qol vura bilmədik. Hücumçu problemi aktual olaraq, qalır. Məğlubiyyətlər olsa da, AZAL mübarizə aparır. Lakin bu son deyil. Bizim məqsədimiz “qara zolaq”dan çıxmaqdı. Komandanın durumunu bilirsiniz. Bu heyətlə də olsa, “qara zolaq”dan çıxacağıq. İndiki vəziyyətdə komandanı bu vəziyyətdə qoyub getmək istəmirəm. Getsəydim, büdcəni eşidəndə gedərdim. Rəhbərlik istəsə gedərəm. Əgər bu yükün altına girmək istəyən varsa, mən getməyə hazıram".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər