Tərlan Əhmədov "Xəzər Lənkəran"la oyunla (3:1) bağlı fikirilərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi oyundan sonra bunları deyib:
“Rəvan”la matçdan sonra düşərgədə vəziyyət yaxşı idi. Biz Lənkərana qələbə üçün gəlmişdik. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib layiq olduğu qələbəni qazandı. Məğlub olsaq da, sərgilənən futbola iradım yoxdu. Hazırkı heyətlə biz bu mübarizəyə girişmişik, mübarizə aparırıq və aparacağıq da. Məlumunuz olsun ki, mən istədiyim komandanı hələ qura bilməmişəm. Məğlub olmuşuqsa, burada ən böyük günahkar mənəm”.
Fanat.az