Tərlan Əhmədov "Bakı" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, komandada ciddi problemin olmadığını deyib:
"Bakı"nı qələbə münasibəti ilə təbrik edirəm. Belə oyundan sonra danışılası heç nə olmur. Fikrimcə, bu cür məğlubiyyətlər hər bir komandaya və futbolçuya faydalı olmalıdı. Rəqib çox əzmkar və istəkli oynadı. Bunun nəticəsində də qələbə qazandı. Bəzən bu cür məğlubiyyətlər lazımdı. Bəlkə də məhz bu yenilgidən sonra futbolçularımız özləri üçün dərs çıxararlar və buraxdıqları səhvləri təkrarlamazlar. Bizdə ciddi problem yoxdu. Sadəcə, oyun getmir. Bunun səbəbini tapmaq lazımdı. Həm də bu gün rəqibimiz qələbəni bizdən daha çox istəyirdi. Məğlubiyyətə görə həmişə məşqçi günahkardı. Melvin Platye hələ komandaya tam uyğunlaşa bilməyib. Ona vaxt lazımdı. Ernest Nfor isə artıq heyətə alışıb və oyundan-oyuna artırdığı hiss olunur".
Fanat.az