Tərlan Əhmədov: "Boş bir yer tapa bilmirdik ki..."

Tərlan Əhmədov: "Boş bir yer tapa bilmirdik ki..."

Tərlan Əhmədov "Qarabağ"la oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi təcrübəsizlikdən əziyyət çəkdiklərini deyib:

"Hər oyuna qələbə üçün çıxırıq. Oyunçuları bacardığımız qədər qol vurmağa kökləmişdik. Qol imkanlarımız da var idi. Amma təcrübəsizlik öz sözünü dedi. "Qarabağ" da çətin rəqibdi. Boş bir yer tapa bilmirdik ki, həmin yerdən istifadə edək. Oyunun gedişini dəyişə bilən oyunçumuz yoxdu. Cavid yorulmuşdu, onu kimlə əvəzləyəcəyimizi bilmirdik. Komandanın oyununda irəliləyiş var. Mən hücum futbolu oynayıram, bu materialla oyun udmaq çətindi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər