Tərlan Əhmədov: "Biz bəzi səhvləri etməsəydik..."

Tərlan Əhmədov: "Biz bəzi səhvləri etməsəydik..."
Tərlan Əhmədov "Neftçi" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi oyundan sonra bunları deyib:
“Ruh düşkünlüyünə baxmayaraq, AZAL əzmkar oyun sərgilədi. Ümumilikdə hər iki komandanın ifasında maraqlı, mübarizəli bir oyun gördük. Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi. Bu qələbəyə görə komandaya təşəkkür edirəm, artıq “Neftçi” ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdi. Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər