Tərlan Əhmədov: "Belə oyunlara önəm vermirəm"

Tərlan Əhmədov: "Belə oyunlara önəm vermirəm"
“Rəqib tələbələrdən ibarət yığma komanda olsa da, çox gözəl oyun nümayiş etdirdilər. Belə oyunlara elə də önəm vermirəm. Sadəcə, komandanın fiziki durumunun hansı vəziyyətdə olması məni maraqlandırırdı". Fanat.az xəbər verir ki, bu sözləri tələbə yığması ilə oyundan (3:0) sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Baş məşqçi fiziki hazırlığa önəm verdiyini bildirib: "Hər iki hissədə fərqli heyəti meydana çıxardım. İxtiyarımda olan 24 futbolçunun hamısından yararlandım. Komandanın qələbə qazanıb-qazanmaması elə də ciddi önəm daşımırdı. Ancaq hər halda meydana qələbə üçün çıxırıq. Çünki indidən qələbənin təməli qoyulmalıdı. Bu həftə sırf fiziki hazırlığa önəm vermişdim. Qələbə qazanmağımıza baxmayaraq, hələ də çatışmazlıqlarımız var. Bundan sonra bunun üzərində çalışacağıq. Qarşıda hələ görüləsi işimiz çoxdu".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər