Tərlan Əhmədov: "3 ildi belə şeyləri görürəm"

Tərlan Əhmədov: "3 ildi belə şeyləri görürəm"

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: 

- "Oyunun ağır keçəcəyini bilirdik. Gəncə həmişə futbolla yaşayan şəhərdi. Bu gün eyni səviyyədə oyun getdi. Nəticə oyuna görə oldu. Futbolçularım tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Ötənilki AZAL-ı geri qaytarırıq. Uğurlarımızı gələcəkdə görəcəksiz. Fasilədən sonra 2-ci hücumçunu buraxdım ki, qalib gələk, amma alınmadı. "Neftçi” ilə matçdan sonra ruh düşkünlüyü var idi. Onlar bunu unutmuşdular, ona görə sevincliyəm". 

- Ötən oyunda AZAL-ın haqqı yeyildi, bu dəfə də hakimlikdən narazı görünürdünüz... 

- İlk dəfə deyil, haqqımız yeyilir. 3 ildi belə şeyləri görürəm. Hamı səhv edə bilər. Bəzi ikili mübarizələrdə çox fit verilirdi və referi oyunu saxlayırdı. Buna görə bir az aqressiv idim. Fərqi yoxdu, top bizdədi, ya rəqibdə. Hakimlikdən narazı deyiləm. 

- Nuqzarın vəziyyəti necədi? Əvəzetmə zamanı meydanı axsayaraq tərk etdi...

- 1-ci gün bu barədə məlumat veriləcək. İndi bu haqda danışmaq tezdi. 

- Yeni futbolçu Fok Brayanla bağlı fikirləriniz nədi? Həmçinin, deyilənə görə, yeni dayaq yarımmüdafiəçisinin gələcəyi gözlənilir... 

- Bizim müdafiədə bir az problemlərimiz var. İstəyirəm heyətdə rəqabət olsun. Arxa xətdə Elşad Manafov oynayır. Onun əvəzləyicisi yoxdu. Sırf rəqabət üçün legioner cəlb etmək istəyirdim ki, futbolçuların formasında irəliləyiş olsun. İranlı dayaq yarımmüdafiəçisini baxışdan keçirəcəm və qərar verəcəm. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər