Tərlan Əhmədov onu bağışlamadı- QOVULDU

Tərlan Əhmədov onu bağışlamadı- QOVULDU

AZAL bu gün Omeqa Robertsi qovub. Fanat.Az xəbər verir ki, buna səbəb Premyer Liqanın XXI turunda sözügedən legionerin “Kəpəz”in futbolçusu Julien Ebahı qəsdən təpiklə vurması və cəzalanmasıdı.

 

Autsayderin baş məşqçisi Tərlan Əhmədov onunla olan müqaviləyə xitam verilməsini şəxsən istəyib.

 

Qeyd edək ki, “Kəpəz” – AZAL matçının 64-cü dəqiqəsində edilən bu hərəkət futbolçunun 3 oyunluq cəzalanmasına, AZAL-ın isə 2400 manat cərimələnməsinə səbəb olub.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər